Millətlər Liqası: Azərbaycan yığması bu gün Monteneqro ilə qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, C Divizionunda mübarizə aparan Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv səfərdə Monteneqro yığması ilə qarşılaşacaq. Podqoritsa şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Millətlər Liqası
C Divizionu, 3-cü qrup
26 sentyabr
20:00. Monteneqro – Azərbaycan
Hakimlər: Maral Mirzai Beni, Kamilla Stendal, Tilde Larsson
Dördüncü hakim: Anna Layanen
Xal durumu: Monteneqro – 3, Kipr – 1, Azərbaycan – 1, Farer adaları – 0.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Bakıda Kipr seçməsi ilə 1:1 hesablı heç-heçə edib.
Facebook-da paylaş