Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləşçilərimizdən uğurlu gün



Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.


Avropa çempionatı

Qadınlar


50 kq
Yığmamızın lideri Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk cəhdində Jaklin Şellinlə (Almaniya) güləşib və 10:0 hesabı ilə qələbə qazanıb. 6 dəfə qitə çempionu olan idmançımız növbəti qarşılaşmasında da çətinliklə üzləşməyib. Stadnik bu dəfə rusiyalı Milana Dadaşevanı 10:0 hesabı ilə məğlub edib. Stadnik yarımfinalda Kseniya Stankeviçlə (Belarus) yarışıb. O, bu dəfə də asan qələbə qazanıb - 10:0.

Mariya sabah baş tutacaq finalda Emilya Vukla (Rumıniya) qüvvəsini sınayacaq.

55 kq
Solmaz Həşimzadənin Kaspiyskdə debütü 1/4 finala təsadüf edib. Bediha Günlə (Türkiyə) üz-üzə gələn güləşçi 0:4 hesabı ilə uduzub.

59 kq
Tatyana Omelçenko da Avropa çempionatına 1/4 finaldan qoşulub. Mimi Hristova (Bolqarıstan) ilə qarşılaşan təmsilçimiz 3:8 hesabı ilə məğlub olub.

68 kq
İrina Netreba 1/4 final üçün türkiyəli Buse Tosunu sınağa çəkib. Lakin o, mərhələ adlaya bilməyib - 5:8.

76 kq
Səbirə Əliyeva 1/4 final mərhələsi çərçivəsində Zjanet Nemetlə (Macarıstan) münasibətinə aydınlıq gətirib. İdmançımız 9:6 hesabı ilə qalib gəlib. O, yarımfinalda Yekaterina Bukina ilə qüvvəsini sınayıb. Təmsilçimiz 0:10 hesabı ilə uduzub.

Əliyeva çıxışını bürünc medal uğrunda davam etdirəcək. Döyüş sabah olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş