Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qran-pri: Orucov qələbə ilə başladı, Hüseynov ipponla uduzdu



Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. Yarışın ikinci günündə tatamiyə 2 idmançımız çıxıb.

Kişilər
73 kq


Olimpiya mükafatçımız Rüstəm Orucovun Qran-pridə debütün 1/16 finala təsadüf edib. İlk mərhələdən azad olan həmyerlimiz Aleks Pombo Silvanı (Braziliya) sınağa çəkib. Görüş cüdoçumuzun asan qələbəsi ilə yükunlaşıb. O, Silvanı 64 saniyəyə ippona salıb.

81 kq

Naim Hüseynov da mübarizəyə 1/16 finaldan başlayıb. Olimpiya çempionumuz Nazim Hüseynovun oğlu ilk cəhdində rusiyalı Alan Xubetsovla güləşib və ipponla uduzub.

Qeyd edək ki, Qran-priyə 11 cüdoçu ilə yollanan yığmamız yarışın ilk günündə 1 gümüş medala yiyələnib. Mükafatı komandamıza Nicat Şıxəlizadə (66 kq) qazandırıb.


Facebook-da paylaş

Xəbəri paylaş