Azərbaycan – Qazaxıstan matçında ilk hissə başa çatıb
Macarıstanın Sombatxey şəhərində Azərbaycan və Qazaxıstan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ilk hissə başa çatıb.
BrendSport.az xəbər verir ki, milli komandamız fasiləyə 1:2 hesablı məğlubiyyətlə yollanıb.
Rəqib komandadan qolları Yan Voroqovski və Maksim Samorodov vurublar. Azərbaycan millisinin heyətində isə Mahir Emreli fərqlənib.
Qeyd edək ki, “Haladaş” İdman Kompleksinin stadionunda keçirilən matçı macarıstanlı Bens Çonka idarə edir.
Facebook-da paylaş