Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Veteran futbolçu: Azərbaycan millisinin çox yaxşı hücum xətti var



“Azərbaycan millisinin çox yaxşı hücum xətti var”.

BrendSport.az
xəbər verir ki, bu sözləri qazaxıstanlı veteran futbolçu Bulat Esmaqambetov Azərbaycan millisinə qarşı keçiriləcək beynəlxalq yoldaşlıq oyunu barədə danışarkən deyib.

Keçmiş hücumçu yığmamızın müdafiə xəttində müəyyən problemlər olduğunu bildirib: “Təəssüf ki, Qazaxıstan millisinin də ön xəttində qol vuran oyunçular azdır. Lakin komanda son vaxtlar müdafiədə yaxşı görünür. Bu matç hücumda və əks-hücumlarda oynayan komandaların qarşıdurması olacaq. Azərbaycan millisində texnikalı futbolçular var. Onlar irəlidə oymağı sevirlər. Amma müdafiə olunmağı xoşlamırlar. Hər iki yığma bərabər səviyyəli kollektivdir. Hansı tərəf əlinə düşən imkanlardan istifadə edə bilsə, o da qalib gələcək”.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşü iyunun 11-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” İdman Kompleksinin stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş