Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Arif Əsədov: Komanda şəklində intizamlı oynasaq, nəticə xeyrimizə olacaq



“Hazırlıq oyunları qarşıdakı rəsmi matçlar üçün sınaq xarakteri daşıyacaq. Futbolçularım oyuna ciddi şəkildə hazırlaşırlar. Özlərini yaxşı tərəfdən göstərəcəklərinə inanıram”.

BrendSport.az
xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Arif Əsədov Albaniya yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin kimliyindən asılı olmayaraq, komandanın bütün oyunlara motivasiyalı çıxdıqlarını bildirib: “Albaniyaya nisbətən digər rəqibimiz Qazaxıstanı daha yaxşı tanıyırıq. Çünki onlarla son Millətlər Liqasında qarşılaşmışıq. Amma Albaniya da iddialı rəqibdir. Bu yığmanın Avropa çempionatına vəsiqə qazanması onların gücündən xəbər verir. Biz məşqlərdə Albaniyanın oyun üslubunu analiz etmişik. Əsasən zəif tərəflərini təhlil etdik ki, sabah futbolçularımız bundan maksimum yararlansınlar. Düşünürəm ki, komanda şəklində intizamlı oynasaq, sabah nəticə bizim xeyrimizə olacaq”.

Qeyd edək ki, iyunun 7-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş