Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Şamaxı”nın baş məşqçisi: “Bütün oyunlar finala bərabər olacaq”



“Bundan sonrakı bütün matçlar bizim üçün finala bərabər olacaq”.

BrendSport.az
xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis gərgin görüş alındığını bildirib: “Hər iki komanda 4-5 turdur qələbəyə həsrətdir. Rəqibə görə hazırlaşmışdıq. Çünki “Turan Tovuz”un evdə yaxşı müdafiə olunduğunu bilirdik. Futbolçular tapşırıqları düzgün yerinə yetirdilər və layiqli xal qazandıq. Ard-arda ağır oyunlar olacaq, stress var. Mövsümün sonuna yaxın aşağı pillələrdə qərarlaşmaq çətindir”.

Əsgərli bütün görüşlərə qələbə əzmi ilə çıxdıqlarını vurğulayıb: “Bizim üçün 1 xal da kifayət edir. Amma rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxırıq. Çünki hər xal klubun taleyini həll edir. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.

O, növbəti iki turda “Sumqayıt” və “Kəpəz”i evdə qəbul edəcəklərini xatırladıb: “Evdə oynayacağıq və doğma azarkeşlərimiz önündəki qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. Bütün oyunlara eyni formada hazırlaşırıq. Həqiqətən də, çox vacib görüşlər olacaq”.


Facebook-da paylaş

Xəbəri paylaş