Türkiyə - Malta oyununda azərbaycanlı hakimlər
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq.
AFFA-nın saytına istinadən yayılan məlumatına görə, ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qol.az
Facebook-da paylaş