Millimiz Belarusa məğlub oldu
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib. Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığmasını qəbul edib.
Bu, “Qarabağ”ın çalışdırıcısının millinin “sükanı arxası”nda ikinci matçı olub. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı.
Yığmamız bu dəfə də qola həsrət qalıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun müəllifi isə Maksim Medvedev olub. O, 42-ci dəqiqədə avtoqolla Kamran Ağayevi məyus edib.
Qeyd edək ki, komandamız 4 gün sonra Antalyada Makedoniya ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu
23 mart
Azərbaycan - Belarus - 0:1
Qol: Maksim Medvedev, 42 (avtoqol)
Baş hakim: Andris Treymanis (Latviya)
Bakı Olimpiya Stadionu
Facebook-da paylaş