Qurban Qurbanovun ilk ev sınağı bu gün baş tutacaq
Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirəcək.
Millimiz Belarusla qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş millimizin yeni baş məşqçisi Qurban Qurbanovun ilk ev sınağı olacaq.
Buna qədər Azərbaycan millisi Belarusla 2 dəfə qarşılaşıb. İlk oyun 2:2 hesabı, ikinci qarşılaşma isə millimizin 1:0-lıq qələbəsi ilə tamamlanıb.
Yoldaşlıq oyunu
23 mart
20:00. Azərbaycan - Belarus
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)
Bakı Olimpiya Stadionu
Facebook-da paylaş