Əsas Səhifə > Milli komandalar > Qurban Qurbanovun ilk ev sınağı bu gün baş tutacaq

Qurban Qurbanovun ilk ev sınağı bu gün baş tutacaq


23-03-2018, 16:36


Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirəcək.

Millimiz Belarusla qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş millimizin yeni baş məşqçisi Qurban Qurbanovun ilk ev sınağı olacaq.

Buna qədər Azərbaycan millisi Belarusla 2 dəfə qarşılaşıb. İlk oyun 2:2 hesabı, ikinci qarşılaşma isə millimizin 1:0-lıq qələbəsi ilə tamamlanıb.

Yoldaşlıq oyunu

23 mart

20:00. Azərbaycan - Belarus
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)
Bakı Olimpiya Stadionu

Geri qayıt