Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağırlıqqaldırma üzrə milli komandanın üzvləri ilə görüş olub



Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezident Firdovsi Umudov milli komandanın üzvləri ilə görüş keçirib.

BrendSport.az
xəbər verir ki, o, “ASK Arena”nın təlim-məşq bazasında baş tutan görüşdə atletlərə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı və Dünya Kuboku, həmçinin digər beynəlxalq yarışlarda uğurlar arzulayıb, onlara inandığını bildirib.

Vitse-prezident qeyd edib ki, ölkədə idmana dövlət səviyyəsində diqqət və qayğı nümayiş etdirilir. Onun sözlərinə görə, AAF da öz növbəsində bu idman siyasəti çərçivəsində atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, hər bir idmançını diqqət mərkəzində saxlayır.

Komanda üzvləri rəhbərliyə təşəkkür edib, bu görüşlərin onlar üçün əlavə motivasiya olduğunu, yığmaya ruh yüksəkliyi verdiyini, yarışlar zamanı böyük dəstək olacağını bildiriblər.


Facebook-da paylaş

Xəbəri paylaş