Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qərbi Azərbaycan İcmasında "İrəvan” futbol klubunun kollektivi ilə görüş olub



Qərbi Azərbaycan İcmasında (QAİ) “İrəvan” futbol klubunun kollektivi ilə görüş keçirilib.

BrendSport.az
xəbər verir ki, görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və “İrəvan” futbol klubunun kollektivi iştirak edib.
Çıxış edən Əziz Ələkbərli Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında məlumat verərək qarşıya qoyulmuş hədəflərdən danışıb, Qərbi Azərbaycanla bağlı idman klublarının daha çox olmasının zəruriliyini vurğulayıb. Hədəflərinin əsas liqaya yüksəlmək olduğu qeyd edən İcmanın İdarə Heyətinin sədri “İrəvan” futbol klubunun tək idmanla bağlılığının yox, həm də mənəvi və siyasi məsələ olduğunu vurğulayıb. O qeyd edib ki, klub üçün hər bir şərait yaradılacaq.
Azərbaycanda idmanın inkişafında Prezident İlham Əliyevin müstəsna xidmətlərini yüksək qiymətləndirən Milli Məclisin deputatı dövlətimizin başçısının idmana diqqət və qayğısı haqqında da danışıb. Birinci vitse-prezident Mehriban Əliyevanın da bu sahəyə verdiyi önəmdən bəhs edən Əziz Ələkbərli idmana qayğı ilə yanaşması baxımından birinci xanımın çoxsaylı uğurların müəllifi kimi tanındığını vurğulayıb.
Çıxış edən “İrəvan” futbol klubunun prezidenti Zahid Niyazəliyev ölkədə idman siyasətinə dəstək verdiyi üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
Digər çıxış edənlər də ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıblar. "İrəvan" futbol klubunun perspektivləri barədə müzakirələr aparılıb, onun böyük uğurlara imza atmasına inam hissi ifadə edilib. Həmçinin Qərbi Azərbaycana qayıdışla bağlı ölkə səviyyəsində görülən işlər yüksək qiymətləndirilib.
Sonda Milli Olimpiya Komitəsinin 30 və Anatoli Banişevskinin 70 illiyinə həsr olunmuş turnirdə 2-ci yeri tutduğu üçün "İrəvan" futbol klubunun üzvləri medal, diplom və fəxri fərmanlarla təltif ediliblər.


Facebook-da paylaş

Xəbəri paylaş