Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yığmaya oyunçu tapılmır və ya baş məşqçi yenə “ofsayd”da



Martın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi Novruz kuboku start götürəcək. XXV dəfə keçiriləcək yarışda ölkəmiz də iştirak edəcək.

Amma Azərbaycan Basketbol Federasiyası ötən il olduğu kimi bu dəfə də əsas yığmanı formalaşdıra bilməyib. Elxan Əliyevin göndərilməsindən sonra əsas komandaya oyunçu tapılmadığından millimizin baş məşqçisi Samit Nuruzadə yenə də Bakıda, daha doğrusu, “ofsayd”da qalmalı olub. Nəticədə ölkəmiz turnirə “Bakı U-20” adı ilə yollanıb. 20 yaşadək millimizdən formalaşdırılan komandamıza rəhbərliyi isə Tahir Baxşıyev edəcək. Ona Mehran Həmidzadə köməklik edəcək.

Yığmamızın heyətində 10 basketbolçu yer alacaq. Yarışın rəsmi səhifəsinə əsasən, Cəbrayıl Əkbərov, Nadir Əsədov, Nəcəf Babayev, Georgi Keynaşvili, Əkbər Məmmədov, Vüqar Məmişov, Murad Mustafazadə, Endər Poladxanlı, Elşad Şirzadov və Şirzad Şirzadov ölkəmiz adına mübarizə aparacaq. Komandamızda orta yaş həddi 17,9, orta boy 191,5-di.

Turnirdə ümumilikdə 6 komanda qüvvəsini sınayacaq. Təmsilçimiz ilk görüşünü sabah Özbəkistan “Spartak”ına (Daşkənd) qarşı keçirəcək. Ertəsi gün SK MO RU (Özbəkistan, Daşkənd) klubu ilə üz-üzə gələcək Baxşıyevin yetirmələri martın 19-da “Politexnik”i (Qırğızıstan, Bişkek) sınağa çəkəcək. Martın 20-də Bişkekin “Gines 29” komandası ilə gücünü yoxlayacaq basketbolçularımız Novruz kubokuna qırğızların digər klubu “Tulpar Skif”lə yekun vuracaq. Bu oyun isə martın 21-nə təsadüf edəcək.

Qeyd edək ki, ötən il istisna olmaqla, analoji yarışa həmişə əsas komanda ilə yollanmışıq. Bu isə yığmamızın il ərzində yeganə gördüyü oyunlar olub. (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş