Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçiriləcək Dünya Kuboku iştirakçılarının heyətləri təsdiqləndi



Martın 15-də Bakıda start götürəcək idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçı komandalarının heyətləri təsdiqlənib.

Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, sayca üçüncü dəfə təşkil olunacaq yarışda ümumilikdə 26 ölkədən 100-dən çox gimnast mübarizə aparacaq.

Bunlar Azərbaycan, Belarus, Çili, Çin, Taypey (Çin), Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, İtaliya, İran, İsrail, Yaponiya, Qazaxıstan, Latviya, Litva, Niderland, Norveç, Filippin, Səudiyyə Ərəbistanı, Sloveniya, Cənubi Afrika Respublikası, Türkiyə, Ukrayna və Özbəkistandır.

İştirakçılar arasında Çili və Taypey (Çin) yığma komandalarının üzvləri məhz Milli Gimnastika Arenasında debüt çıxışlarını edəcəklər. Çilidən bir, Taypeydən isə üç gimnast ilk dəfə Bakıda qüvvələrini sınayacaq. Heyətlərinin genişliyinə görə iştirakçı ölkələrin siyahısına Sloveniya, Yunanıstan və Türkiyə milli komandaları liderlik edirlər.

İdmançılar arasında kişilərdən halqalarla hərəkətlərdə yunanıstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Elefterios Petrunias, 2015-ci ildə paralel qollarda dünya çempionu olmuş çinli Yu Hao, qadınlardan isə özbəkistanlı olimpiya çempionu, dəfələrlə dünya və qitə yarışlarının mükafatçısı Oksana Çusovitina, çinli son dünya çempionu Fan Yilin də yer alacaq.

Azərbaycanı Dünya Kubokunda kişilərdən IV İslam Həmrəyliyi Oyunlarında komanda hesabında gümüş, fərdi çıxışlarda isə müxtəlif əyarlı medallar qazanmış Murad Ağarzayev, Timur Bayramov və Bense Talas, qadınlardan isə İslamiadada komanda hesabında qızıl, şəxsi hesabda isə bir sıra medallar qazanan Yuliya İnşına və Marina Nekrasova, o cümlədən uzun müalicədən sonra yenidən idmana qayıdan Mariya Smirnova təmsil edəcəklər.

Dörd günlük yarışlarda kişi gimnastlar 6, qadın atletlər isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş