Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ukrayna yığması Avro-2024-ə vəsiqə qazanmaq uğrunda pley-off yarımfinalında bosniyalılarla oynayacaq



Bosniya və Herseqovina yığması 2024-cü il Avropa çempionatında iştirak etmək hüququ uğrunda Ukrayna milli komandasının rəqibi olub. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

BrendSport.az
xəbər verir ki, komandalar pley-off turnirinin B qrupunda qarşılaşacaqlar. Bosniya və Herseqovina yığması ukraynalılarla öz meydanında görüşəcəklər. Bu matçın qalibi İsrail və İslandiya yığmalarının mübarizəsində ən yaxşı komanda ilə ev oyununda qarşılaşacaq. Ukrayna yığması ev oyunlarını ölkə hüdudlarından kənarda keçirir.

C qrupunun cütlükləri qabaqcadan məlumdur. Birinci yarımfinalda Gürcüstan yığması Lüksemburqu qəbul edəcək, ikincidə Qazaxıstan yığması səfərdə yunanlarla oynayacaq. Final görüşündə ev oyununu birinci cütlüyün qalibi keçirəcək. A qrupunda Uels yığması Finlandiya komandasını qəbul edəcək. Digər yarımfinalda Polşa yığması ev matçında Estoniya komandası ilə qarşılaşacaq. Finalda uelslilər və finlər arasında qarşılaşmanın qalibi ev oyunu keçirəcək.

Yarımfinal oyunları martın 21-də, final – martın 26-da baş tutacaq.

Pley-off mərhələsində 12 komanda iştirak edir və Avropa çempionatına üç vəsiqə oynanılır. Yığmalar üç qrupa (A, B, C) bölünüb. Hər bir qrupda yarımfinallar və finallar oynanılacaq. Qaliblər Avropa çempionatına çıxacaqlar. Birinciliyin 20 iştirakçısı seçmə turnirin yekunlarına görə seçilib, 21-ci isə Almaniya yığmasıdır. Bu komanda yarışların sahibi hüququna görə final hissədə avtomatik olaraq yer alıb. Pley-off cütlükləri Millətlər Liqasında yığmaların reytinqi nəzərə alınmaqla tərtib edilib.


Facebook-da paylaş

Xəbəri paylaş