Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sambo üzrə Azərbaycan yığmalarının dünya birinciliyi üçün heyəti açıqlanıb


Oktyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, oktyabrın 9-dək davam edəcək yarışda milli komandanın 14 üzvü mübarizə aparacaq.

Yeniyetmələr arasında Ziyəddin Zeynallı (53 kiloqram), Nicat İsmayılov (58 kiloqram), Nicat Rəhimov (64 kiloqram), Nicat Sultanov (71 kiloqram), Sülhan Süleymanlı (79 kiloqram), Hüseyn Hüseynli (88 kiloqram) və Hacıbaba İmaməliyev (+98 kiloqram) qüvvəsini sınayacaq.

Gənclər arasında isə Sahib Babayev (58 kiloqram), İlkin Şahgəldiyev (64 kiloqram), Ricad Nadirov (71 kiloqram), Səməd Şıxıyev (79 kiloqram), Sadiq Zeynallı (88 kiloqram), Rəsul Aydəmirov (98 kiloqram) və Məhəmməd Məmmədzadə (+98 kiloqram) çıxış edəcək.

Samboçular milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcı Bəxtiyar Hacıyevin rəhbərliyi altında yarışacaqlar.

Qeyd edək ki, idmançılar dünya birinciliyinə hazırlıqla əlaqədar Göygöl Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunan təlim-məşq toplanışında iştirak edirlər.


Facebook-da paylaş

Xəbəri paylaş