Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar
Gürcüstanda taekvondo üzrə “Batumi Açıq” turniri keçirilir.
BrendSport.az xəbər verir ki, iki gün davam edəcək yarışda Masallı Regional Taekvondo Mərkəzinin komandası da mübarizə aparacaq.
Turnirdə məşqçi Sadiq Ağayevin rəhbərliyi altında 3 idmançı gücünü yoxlayacaq.
Komandanın heyətində Pünhan Heydərli (30 kiloqram) uşaqların, Hüseyn Sadıqlı (33 kiloqram) və Murad Cahangirov (41 kiloqram) isə yeniyetmələrin mübarizəsində dayanq üzərinə çıxacaq.
Facebook-da paylaş