Əsas Səhifə > Maraq > Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar


16-09-2023, 13:18


Gürcüstanda taekvondo üzrə “Batumi Açıq” turniri keçirilir.

BrendSport.az
xəbər verir ki, iki gün davam edəcək yarışda Masallı Regional Taekvondo Mərkəzinin komandası da mübarizə aparacaq.

Turnirdə məşqçi Sadiq Ağayevin rəhbərliyi altında 3 idmançı gücünü yoxlayacaq.

Komandanın heyətində Pünhan Heydərli (30 kiloqram) uşaqların, Hüseyn Sadıqlı (33 kiloqram) və Murad Cahangirov (41 kiloqram) isə yeniyetmələrin mübarizəsində dayanq üzərinə çıxacaq.
Geri qayıt