Azərbaycan futzal millisi bu gün dünya çempionatında ikinci oyununu keçirəcək
Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, yığma Niderland ilə üz-üzə gələcək.
A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya (1:3) məğlub olan Vitali Borisovun yetirmələri bu rəqibini Bakı İdman Sarayında sınağa çəkəcəklər.
Kiprli hakimlərin idarə edəcəyi qarşılaşma saat 18:30-da start götürəcək.
Dünya çempionatı, elit mərhələ
A qrupu, II tur
20 sentyabr
18:30. Azərbaycan – Niderland
Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr).
Hakim-inspektor: Sebastian Stauiçki (Polşa).
UEFA nümayəndəsi: Avi Levi (İsrail).
Bakı İdman Sarayı
Qeyd edək ki, Niderland yığması I turda öz meydanında Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.
Facebook-da paylaş