Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rumıniyanın futzal yığması Azərbaycan millisi ilə oyunun heyətini açıqlayıb



DÇ-2024-ün elit-raundunda Azərbaycan millisini qəbul edəcək Rumıniya yığmasının heyəti açıqlanıb.

BrendSport.az
xəbər verir ki, baş məşqçi Endre Kaçso ikisi qapıçı olmaqla ümumilikdə 16 futzalçıya dəvət göndərib.

Onlardan 6-sı son çempion “Yunayted Qalati”nin üzvüdür. Ölkə xaricində isə 3 oyunçu çıxış edir. Braziliyalı Paulo Josue Letra Kosta Ferreyra Portuqaliya, Felipe Pinto Viana de Oliveyra Küveyt, Andrey Luis isə Çexiya çempionatında oynayır.

Qapıçılar: Petrişor Tonita (“Yunayted Qalati”), Teodor Lunqu (“Timişoara”).

Oyunçular: Valentin İlaş (“Timişoara”), Andre Luis Sasse (“Xrudim”, Çexiya), Paulo Josue Letra Kosta Ferreyra (“Povoa”, Portuqaliya), Felipe Pinto Viana de Oliveyra (“Kazma”, Küveyt), Dariuş Nastai (“Deva”), Manya Şabolts (“Sepsi Sic Sfantu George”), İştvan Hadnadi, Balint Andor, İşlay Riçard (hamısı “Odorheiu Sekuyesk”), Daniel Arauxo, Vladut Dudau, Andrey Krasiun, Matey Boşneaqa, Robert Krişan (hamısı “Yunayted Qalati”).

Baş məşqçi: Endre Kaçso.

Qeyd edək ki, Rumıniya - Azərbaycan oyunu sentyabrın 15-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş