Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Maltanın millimizlə oyun üçün heyəti açıqlandı



Malta millisinin UEFA Millətlər Liqasında Farer adaları və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Rey Farruciya qarşıdakı matçlara 26 futbolçu çağırıb. Onlardan yanız ikisi - Zak Muskat və Andre Şembri legionerdi.

Qeyd edək ki, Malta kollektivi sentyabrın 7-də Farer adaları komandasının qonağı olacağı halda, ayın 10-da Azərbaycan millisini qəbul edəcək. Ta Qali Milli stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan").

Müdafiəçilər: Ferdinando Apap ("Viktoria Hotspurs"), Andrey Acus, Jozef Mbonq (hər ikisi "Hibernians"), Stiv Borq, Rayab Kamilleri, Jozef Zerafa (hamısı "Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan"), Zak Muskat ("Pistoyoze", İtaliya).

Yarımmüdafiəçilər: Yoan Bessina, Danstan Vella (hər ikisi "Hibernians"), Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Fenek, Ceyk Qrek (hər ikisi "Birkirkara"), Rayan Fenek ("Slima Uonderers"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana").

Hücumçular: Endryu Koen ("Qzira Yunayted"), Alfred Effionq ("Baltsan"), Jan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Birkirkara"), Andre Şembri ("Apollon", Kipr).


Facebook-da paylaş

Xəbəri paylaş