Futzal üzrə Polşa millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
Futzal üzrə Polşa millisinin Ukrayna ilə yoldaşlıq, Azərbaycan yığması ilə dünya çempionatının əsas mərhələsi çərçivəsində oyunlar üçün heyəti açıqlanıb.
BrendSport.az xəbər verir ki, baş məşqçi Blazej Korçinski heyətə qapıçılar - Mixal Kaluza ("Burela", İspaniya), Lukasz Blaszczik ("Red Draqons Pnievy"), oyunçular - Krzistof Elsner, Remigiusz Spikalski ("hər ikisi Reyter Torun"), Patrik Holy ("Red Draqons Pnievy"), Pauel Kanievski, Tomaz Kriezel, Mateus Madziaq, Kasper Sendlevski (hamısı "Konstrakt Lubava"), Mikal Kubik, Sebastian Leszczak, Kamil Surmiak, Mikolaj Zastavnik (hamısı "Rekord Bielsko-Biala") və Mateus Mroviçi ("Piast Qlivice") dəvət edib.
Qeyd edək ki, martın 3-də Ukrayna ilə üz-üzə gələcək Polşa seçməsi dörd gün sonra Azərbaycan komandasını qəbul edəcək
Facebook-da paylaş