Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boks üzrə Azərbaycan millisi yeni rekord müəyyənləşdirib



Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi yeni rekord müəyyənləşdirib.

BrendSport.az
xəbər verir ki, komanda bu uğura Belarusda keçirilən II MDB Oyunlarında imza atıb.

Yığmanın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medal qazanıblar. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) yarışı bürünc mükafatla bitiriblər.

Bununla da I MDB Oyunları ilə müqayisədə medalların sayında ikiqat artım qeydə alınıb.

Komanda 4 gümüş və 6 bürünc medal əldə etməklə ikinci ilki də rəsmiləşdirib. Boksçular mükafat sayı ilə yanaşı, medalların əyarında da rekord müəyyənləşdirib. Bundan əlavə, Orşa şəhərində baş tutan yarışda qızlardan ibarət yığma 3 medalı 5-ə, oğlanlardan ibarət komanda isə 2 mükafatı 5-ə yüksəldib.

Qeyd edək ki, 2 il öncə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan boksçularının qazancı 5 bürünc medal olub. Belarusda, həmçinin, 4 gümüş medal əldə etməklə mükafatların əyarında da ilk yaşanıb.


Facebook-da paylaş

Xəbəri paylaş