Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc boksçularımız dünya kuboku yarışlarında altı medal qazanıblar

Gənc boksçularımız dünya kuboku yarışlarında altı medal qazanıblar


Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku yarışlarına yekun vurulub.
BrendSport.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, millimiz 25 ölkədən 176 (58 qız, 118 oğlan) idmançının qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.
Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə bitirib.
Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Ö.Aslanlıdan əvvəl Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.


Facebook-da paylaş

Xəbəri paylaş