Əsas Səhifə > Dünya idmanı > Gənc boksçularımız dünya kuboku yarışlarında altı medal qazanıblar
Gənc boksçularımız dünya kuboku yarışlarında altı medal qazanıblar20-03-2023, 10:00 |
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku yarışlarına yekun vurulub. BrendSport.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, millimiz 25 ölkədən 176 (58 qız, 118 oğlan) idmançının qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub. Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə bitirib. Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Ö.Aslanlıdan əvvəl Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar. Geri qayıt |