Azərbaycanın basketbol millisi yoxlama görüşlərində qələbə qazanıb
16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycanın millisi yoxlama görüşləri keçirib.
BrendSport.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan komanda Bəhreyn və Küveytlə qarşılaşıb.
Avropa çempionatı öncəsi təşkil olunan matçlarda baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığma Bəhreynə 70:62, Küveytə isə 69:49 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycanın U-16 millisinin hazırlıq prosesi iyulun 18-də başa çatacaq.
Facebook-da paylaş