Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclərdən ibarət milli komandalarımız təlim-məşq toplanışında




1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.

BrendSport.az
xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.

U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyul Kosovanın Priştina və 29 iyul - 6 avqust Bakı şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionlarının oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş