Əsas Səhifə > Gənclər > Gənclərdən ibarət milli komandalarımız təlim-məşq toplanışında
Gənclərdən ibarət milli komandalarımız təlim-məşq toplanışında2-06-2023, 20:40 |
1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər. BrendSport.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər. U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyul Kosovanın Priştina və 29 iyul - 6 avqust Bakı şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionlarının oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək. Geri qayıt |