Əsas Səhifə > Milli komandalar > Azərbaycanın basketbol millisi yoxlama görüşlərində qələbə qazanıb

Azərbaycanın basketbol millisi yoxlama görüşlərində qələbə qazanıb


17-07-2023, 15:00


16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycanın millisi yoxlama görüşləri keçirib.

BrendSport.az
xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan komanda Bəhreyn və Küveytlə qarşılaşıb.

Avropa çempionatı öncəsi təşkil olunan matçlarda baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığma Bəhreynə 70:62, Küveytə isə 69:49 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycanın U-16 millisinin hazırlıq prosesi iyulun 18-də başa çatacaq.
Geri qayıt