“Avro-2024”: Ukrayna - İngiltərə matçı Polşada keçiriləcək
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna - İngiltərə oyununun yeri müəyyənləşib.
BrendSport.az xəbər verir ki, qarşılaşma Polşada keçiriləcək.
Görüş sentyabrın 9-da 45 min tamaşaçı tutumuna malik Vrotslav şəhər stadionunda oynanılacaq. Bu arena Polşa və Ukraynanın birgə təşkil etdiyi “Avro-2012”nin oyunlarına ev sahibliyi edib.
Qeyd edək ki, martda “Uembli” stadionunda “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində İngiltərə - Ukrayna oyunu keçirilib və meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Facebook-da paylaş