Avstriya - Azərbaycan matçı “Raiffeisen Arena”da oynanılacaq
Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib.
BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan qarşılaşması Linz şəhərindəki “Raiffeisen Arena”da təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Facebook-da paylaş