Əsas Səhifə > Maraq > Avstriya - Azərbaycan matçı “Raiffeisen Arena”da oynanılacaq

Avstriya - Azərbaycan matçı “Raiffeisen Arena”da oynanılacaq


25-01-2023, 12:20
Avstriya - Azərbaycan matçı “Raiffeisen Arena”da oynanılacaq


Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib.
BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan qarşılaşması Linz şəhərindəki “Raiffeisen Arena”da təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Geri qayıt