Avropa Oyunları: Azərbaycan kikboksçusu yarımfinala yüksəlib
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
BrendSport.az xəbər verir ki, 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.
Facebook-da paylaş