Əsas Səhifə > Milli komandalar > Avropa Oyunları: Azərbaycan kikboksçusu yarımfinala yüksəlib

Avropa Oyunları: Azərbaycan kikboksçusu yarımfinala yüksəlib


30-06-2023, 13:30


Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.

BrendSport.az
xəbər verir ki, 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.
Geri qayıt