Boksçumuz Sərxan Əliyev Avropa Oyunlarının dörddəbir finalında
Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb.
BrendSport.az xəbər verir ki, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan təmsilçisi Eskerxan Madiyev ilə üz-üzə gəlib. Rəqibini 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edən S.Əliyev dörddəbir finala vəsiqə qazanıb. O, dörddəbir final döyüşünə iyunun 28-də çıxacaq.
Xatırladaq ki, S.Əliyev ilk görüşdə slovakiyalı Mixal Takacsi mübarizədən kənarlaşdırıb.
Bu gün daha üç boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soares (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryan (Ermənistan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşacaqlar.
Facebook-da paylaş