Əsas Səhifə > Milli komandalar > Boksçumuz Sərxan Əliyev Avropa Oyunlarının dörddəbir finalında
Boksçumuz Sərxan Əliyev Avropa Oyunlarının dörddəbir finalında27-06-2023, 18:00 |
Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb. BrendSport.az xəbər verir ki, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan təmsilçisi Eskerxan Madiyev ilə üz-üzə gəlib. Rəqibini 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edən S.Əliyev dörddəbir finala vəsiqə qazanıb. O, dörddəbir final döyüşünə iyunun 28-də çıxacaq. Xatırladaq ki, S.Əliyev ilk görüşdə slovakiyalı Mixal Takacsi mübarizədən kənarlaşdırıb. Bu gün daha üç boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soares (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryan (Ermənistan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşacaqlar. Geri qayıt |