Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin baş məşqçisi: "Polşadan qızıl medalla qayıtmaq istəyirik"



"Polşadan qızıl medalla qayıtmaq və idman ictimaiyyətini sevindirmək istəyirik".

BrendSport.az
xəbər verir ki, bunu kikboksinq üzrə Azərbaycan millisinin baş məşqçisi Elşən Abdulrəhimov III Avropa Oyunları ilə bağlı danışarkən deyib.

"Full contact" növündə 63,5 kq çəki dərəcəsində Fərid Ağamoğlanov və 86 kq çəki dərəcəsində Elşad Şahbazov mübarizə aparacaq.

İdmançılarla birlikdə turnirə yollanan Elşən Abdulrəhimov yarışa hazırlıqla bağlı fikirlərini bölüşüb. "Fərid Avropa Oyunlarınadək mayda Türkiyədə keçirilmiş Dünya Kubokunda qalib gəlib. Elşad isə bir neçə peşəkar döyüşdə iştirak edib. Bildiyiniz kimi, kikboksinq ilk dəfə Avropa Oyunlarının proqramına salınıb. Son günlərdə idmançılarla taktiki-texniki hazırlıq üzərində çalışmışıq. Bu turnirin önəmli olduğunu federasiya rəhbərliyi də bizə bildirib. Federasiya prezidenti Orxan Əliyevin tapşırığı ilə idmançılar daim həkim nəzarətində oldular, vitaminlərlə təmin edildilər".

Qeyd edək ki, 29 iyunda püşk atılacaq. Hər çəkidə 8 idmançı olduğundan, yarışlar 1/4 finaldan başlayacaq. 30 iyunda saat 12:00-da Fərid Ağamoğlanov və 17:00-da Elşad Şahbazov rinqə çıxacaq.


Facebook-da paylaş

Xəbəri paylaş