Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kikboksinqçimiz peşəkar döyüşə çıxacaq

Kikboksinqçimiz peşəkar döyüşə çıxacaq

Kikboksinq üzrə milli komandanın üzvü Elxan Əliyev (75 kq) peşəkar döyüşə çıxacaq.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, o, yanvarın 28-də Türkiyənin İstanbul şəhərində KOK (King of Kings) təşkilatının çempionluq kəməri uğrunda döyüşəcək. Kikboksinqin K-1 versiyası üzrə keçiriləcək qarşılaşmada idmançımızın rəqibi iranlı Məsud Minae olacaq.
Bununla bağlı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bu gün idmançımız və yığma komandanın baş məşqçisi Elşən Abdulrəhimovla görüşüb, onlara qarşıdakı döyüşdə uğurlar arzu edib.


Facebook-da paylaş

Xəbəri paylaş