Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyəli jurnalist Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin üzvü seçilib



Tanınmış türkiyəli jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) İdarə Heyətinin üzvü seçilib.

BrendSport.az xəbər verir ki, Milli Məclisin deputatı, AKF-in prezidenti Adil Əliyev Ali Kanı federasiyanın rəhbər heyətində görməkdən məmnunluğunu bildirərək deyib: “Ali Kan Türkiyədə tanınmış jurnalistlərdəndir. Azərbaycanın haqq səsinin türk dünyasına və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında onun da xidmətləri var. O, həmçinin AKF-in Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərlər mətbuatda geniş işıqlandırılıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan media mənsublarındandır. Bu gün Ali Kanı öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə A.Əliyev əlavə edib.

Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyində yer almaqdan məmnunluğunu bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş