Əsas Səhifə > Manşet > Türkiyəli jurnalist Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin üzvü seçilib
Türkiyəli jurnalist Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin üzvü seçilib14-12-2018, 10:08 |
Tanınmış türkiyəli jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) İdarə Heyətinin üzvü seçilib. BrendSport.az xəbər verir ki, Milli Məclisin deputatı, AKF-in prezidenti Adil Əliyev Ali Kanı federasiyanın rəhbər heyətində görməkdən məmnunluğunu bildirərək deyib: “Ali Kan Türkiyədə tanınmış jurnalistlərdəndir. Azərbaycanın haqq səsinin türk dünyasına və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında onun da xidmətləri var. O, həmçinin AKF-in Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərlər mətbuatda geniş işıqlandırılıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan media mənsublarındandır. Bu gün Ali Kanı öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə A.Əliyev əlavə edib. Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyində yer almaqdan məmnunluğunu bildirib. Geri qayıt |