Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir: Avropa Oyunlarının proqramlarında daim eyni idman növlərinin olmasını istərdim

Nazir: Avropa Oyunlarının proqramlarında daim eyni idman növlərinin olmasını istərdim


Gimnastika idman növü təəssüflər olsun ki, Avropa Oyunlarının növbəti proqramında yer almayacaq. Bununla bağlı Avropa Gimnastikası danışıqlar aparmışdı və bir neçə ildir davam edir. Lakin yerli təşkilat komitəsi Polşada yarışların keçirilməsi üçün gimnastika zalını tapa bilmədi. Bir neçə idman növləri növbəti yarışların proqramına salınmayıb. Ancaq yeni qeyri-olimpiya idman növləri proqramda olacaq.

BrendSport.az
xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov danışarkən səsləndirib.
“Ümumiyyətlə istərdim ki, təşkilatçı ölkədən asılı olmayaraq, növbəti dəfə proqramlarda daim eyni idman növləri yer alsın. Düşünərəm ki, gimnastikanın proqrama salınmaması yaxşı hal deyil. İnanıram ki, növbəti dəfə gimnastika yenidən Avropa Oyunlarının arenalarını bəzəyəcək. Çünki bu atletika, üzgüçülük kimi ən əsas idman növlərindən biridir. İlk dəfə Azərbaycanda keçirilən Avropa Oyunlarının uğurla davam etməsini çox istərdim”, - deyə nazir vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş