III Avropa Oyunları: Azərbaycan karateçisi erməni rəqibinə qalib gələrək, medalı təmin edib
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək, medalı təmin edib.
BrendSport.az xəbər verir ki, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəlib.
27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib. O, qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.
Qeyd edək ki, yarışın yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 18:10-da start götürəcək.
Facebook-da paylaş