Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sərbəst güləş üzrə millinin AÇ üçün heyəti açıqlanıb



Avropa çempionatında iştirak edəcək U-17 sərbəst güləş millimizin heyəti açıqlanıb.

BrendSport.az
xəbər verir ki, iyunun 16-dan 18-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək qitə birinciliyində iştirak edəcək yığmamızın üzvləriylə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev və baş katib Nəsimi Musayev güləşçilərə uğur arzulamaqla yanaşı, idman prinsiplərinə riayət etmələrini tapşırıblar.

Böyük məşqçi Əsgərxan Novruzov Avropa çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını və vətənə uğurlu nəticəylə dönəcəklərinə inandıqlarını dilə gətirib.

Məsul yarışda ölkəmizi Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş