“Sumqayıt” klubu Rusiyanın “Krılya Sovetov” komandasına məğlub olub
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu sonuncu yoxlama görüşünü keçirib.
BrendSport.az xəbər verir ki, komanda Rusiyanın “Krılya Sovetov” klubu ilə qarşılaşıb.
Görüş Rusiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Beləliklə, Antalya toplanışını tamamlayan baş məşqçi Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiyanın “Radnik” klubunu 2:1 hesabı ilə məğlub edib.
Facebook-da paylaş