Əsas Səhifə > Maraq > “Sumqayıt” klubu Rusiyanın “Krılya Sovetov” komandasına məğlub olub
“Sumqayıt” klubu Rusiyanın “Krılya Sovetov” komandasına məğlub olub17-01-2023, 18:10 |
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu sonuncu yoxlama görüşünü keçirib. BrendSport.az xəbər verir ki, komanda Rusiyanın “Krılya Sovetov” klubu ilə qarşılaşıb. Görüş Rusiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Beləliklə, Antalya toplanışını tamamlayan baş məşqçi Samir Abasovun komandası sabah Vətənə qayıdacaq. Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiyanın “Radnik” klubunu 2:1 hesabı ilə məğlub edib. Geri qayıt |