Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Voleybol: “Murov” – “UNEC” qarşılaşması kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol: “Murov” – “UNEC” qarşılaşması kütləvi xəstəliyə görə təxirə salınıb


UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.
BrendSport.az federasiyanın saytına istinadla xəbər verir ki, müraciətdə komandanın səkkiz oyunçusunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyi bildirilir: “Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də “Murov” klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun”.
Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi “Murov” – “UNEC” qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə, yanvarın 13-də yalnız “Azərreyl”–“Abşeron” qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş