Əsas Səhifə > Maraq > Voleybol: “Murov” – “UNEC” qarşılaşması kütləvi xəstəliyə görə təxirə salınıb
Voleybol: “Murov” – “UNEC” qarşılaşması kütləvi xəstəliyə görə təxirə salınıb11-01-2023, 18:00 |
UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb. BrendSport.az federasiyanın saytına istinadla xəbər verir ki, müraciətdə komandanın səkkiz oyunçusunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyi bildirilir: “Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də “Murov” klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun”. Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi “Murov” – “UNEC” qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək. Beləliklə, yanvarın 13-də yalnız “Azərreyl”–“Abşeron” qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək. Geri qayıt |