“İstanbulspor” klubu albaniyalı yarımmüdafiəçisi ilə yollarını ayırıb
Türkiyənin “İstanbulspor” klubu albaniyalı yarımmüdafiəçisi Kristal Abazay ilə yollarını ayırıb.BrendSport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İyirmi altı yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edilib, bundan sonrakı karyerasında uğurlar arzulanıb.
Futbolçu 2020-2021-ci il mövsümündən etibarən “İstanbulspor”un uğurları üçün çalışırdı. Bu mövsüm cəmi 5 oyunda forma geyinən yarımmüdafiəçi Türkiyə klubunda ümumilikdə 40 matça çıxıb, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Albaniya yığmasının üzvü karyerası ərzində “Anderlext”, “Kukesi”, “Osiyek”, “Skenderbeu”, “Lufetari” və “Elbasani” kimi klubların da formasını geyinib.
Facebook-da paylaş