Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bakı-2022”: Qadın cütlüklərin balans hərəkətində finalçılar müəyyənləşib

“Bakı-2022”: Qadın cütlüklərin balans hərəkətində finalçılar müəyyənləşib

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında qadın cütlüklərin balans hərəkətində finalçılar müəyyənləşib.
BrendSport.az xəbər verir ki, təsnifat mərhələsində uğurla çıxış edən Portuqaliya, Böyük Britaniya, Qazaxıstan, Macarıstan, ABŞ və Polşa cütlükləri finala adlayıblar.
Bu kateqoriyada final mərhələsi martın 12-də təşkil olunacaq.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.


Facebook-da paylaş

Xəbəri paylaş